Xəbər - Samir Əli – Trend:.
“Bakı metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti Rusiyadan aldığı daha 4 qatar tərkibi bu həftəsonuna qədər Bakıya gətiriləcək.
Bunu AzerTimes-a açıqlamasında qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hazırda qatarlar Azərbaycan sərhədinə yaxınlaşmaq üzrədir: “Bu həftənin sonuna qədər qatarların Bakıya daxil olacağı gözlənilir. Qatarlar Bakıya daxil olandan sonra “Nəriman Nərimanov” deposuna təhvil veriləcək. Depoda qatarlar 2 həftə müddətində sazlanma prosesinə cəlb ediləcək və sınaq olunacaq. Daha sonra həmin qatarlar xəttə buraxılacaq. 4 yeni qatar istismar müddəti başa çatan qatarlarla əvəzlənəcək”.
Bu. Məmmədov deyib ki, hazırda Bakı Metropolitenində 15 qatar tərkibindən ibarət 75 yeni vaqon istismardadır: “Yeni gələn vaqonlarla birlikdə metropolitendəki yeni vaqonların sayı 95-ə çatdırılacaq. Razılaşmaya əsasən, gələn il daha 20 yeni vaqondan ibarət 4 qatar tərkibi Bakıya gətiriləcək”.