Bu halda Türkiyə nüvə silahı əldə edəcək

Bu halda Türkiyə nüvə silahı əldə edəcək

Nüvə silahına sahib olan ölkələr nə qədər təhlükəlidirsə İran da o qədər təhlükəli olacaq. Ya hamı nüvə silahından imtina etməlidir, ya da ən azı əhalisinin sayı 50 milyonu keçən dövlətlərə bu hüquq tanınmalıdır.

AzerTimes xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a müsahibəsində BMT-nin nüvə məsələləri üzrə keçmiş müfəttişi Devid Olbraytın İranın nüvə silahı əldə etməyə çox yaxın olması barədə sözlərini şərh edərkən deyib.

O bildirib ki, nüvə silahı böyük çəkindirici gücə malikdir və təhlükəsizliyə xidmət edir:

“Ukrayna nüvə silahına sahib olsaydı, Rusiya heç vaxt Ukraynaya hücum etməz, onminlərlə insan həyatını itirməz, yüzlərlə, minlərlə yaşayış məntəqəsi xarabazarlığa çevrilməzdi. İran nüvə silahı əldə etsə, Türkiyə, Misir də nüvə silahı əldə edəcək. Bu regionda yeni müharibələrin qarşısını alacaq, bizim kimi ölkələr nüvə silahına sahib, beynəlxalq hüquqa məhəl qoymayan dövlətlərin təzyiqlərindən qismən də olsa, xilas olacaq. Məsələn, Türkiyə nüvə silahına sahib olsaydı, heç bir dövlət nə Azərbaycanı, nə də digər türk dövlətlərini bu qədər incidə bilərdi. İran rəhbərliyi təzyiqlərə davam gətirməli və nüvə silahına sahib olmaq şansını əldən verməməli, digər iri dövlətlərə də yol açmalıdır.

İslam respublikaları olan Pakistan və İran daha bir neçə müsəlman dövlətinə nüvə silahına sahib olmaqda kömək etməlidir. Bu ona görə vacibdir ki, hazırda BMT başda olmaqla heç bir beynəlxalq təşkilat, yaxud ABŞ və ya Çin kimi super-güclər kiçik dövlətlərin təhlükəzisliyinə təminat vermir. Ona görə də nüvə silahına sahib ölkələr əxlaqlı davranmalı və başqa ölkələrin də nüvə silahı əldə etməsinə mane olmamalıdırlar”.

Teqlər: