Qərb Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə etməsi ehtimalına güclü hərbi cavab verəcək. Amma bu, nüvə olmayacaq.
AzerTimes xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Jozep Borrell deyib.
“Ukraynaya nüvə hücumu AB, ABŞ və NATO-nun reaksiyasına səbəb olacaq. O, nüvə olmayacaq, lakin hərbi baxımdan onun gücü böyük olacaq. Qərbin hərbi cavabının miqyası Rusiya ordusunun məhvinə gətirib çıxaracaq”, – Borrell söyləyib.