Orda ayrı-ayrı qanlı klounlar vaxtaşırı olaraq hansısa bəyanatlarla çıxış edir, hələ bizi təhdid etməyə də çalışır – Krıma hücum və sairi nəzərdə tuturam.
AzerTimes xəbər verir ki, bu sözləru Rusiya TŞ sədrinin müavini Dmitri Medvedyev Volqoqradda veteranlarla görüşü zamanı “xüsusi əməliyyat” haqda danışarkən deyib.
O bildirib ki, Ukraynanın bu cür hərəkətlərinin nəticəsi göz önündədir:
“Əgər buna bənzər hansısa hadisə baş versə, oradakılar üçün Qiyamət günü bir anda və çox ağır gələcək. Gizlənmək çox çətin olacaq. Onlar bununla ümumi vəziyyəti qızışdırırlar”.