Bu halda Makronu devirəcəyik – Pançe

Bu halda Makronu devirəcəyik – Pançe

Makron Fransanın ən pis prezidentidir. Nikola Sarkozi daha yaxşısını edərdi və Fransua Olland yəqin ki, daha çox dinləyərdi. Makron hər şeyi özü həll edir, qapalıdır.

AzerTimes xəbər verir ki, bunu Fransadakı Müstəqil deputatlar və xarici ərazilərin nümayəndələri qrupunun sədri Bertran Pançe deyib.

Makronu qapalı düşüncə tərzinə və hər şeyi təkbaşına həll etdiyinə görə tənqid edən Pançe qeyd edib ki, ötən gün Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet gözlənildiyi kimi, 64 yaşında pensiyanın ləğvini nəzərdə tutan 1-ci maddəyə edilən düzəlişləri rədd edib:

“Əvvəllər heç vaxt parlament qrupu tərəfindən dəstəklənən mətn assambleya tərəfindən rədd edilməmişdir”.

O, Fransada hökumət dəyişikliyindən də açıq şəkildə danışıb:

“Biz etimadsızlıq səsverməsi etdiyimiz gün Fransa hökumətini həqiqətən də dəyişəcəyik”.

Teqlər: