Xəbər - Çingiz Səfərli – Trend:
Vaksinin birinci dozasından sonra koronavirusa yoluxan şəxsin adı sistemə düşübsə, sistem onun birinci dozasını avtomatik olaraq silir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq bildirilib Səhiyyə Nazirliyindən bildirilib.
Məlumata görə, birinci dozadan sonra virusa yoluxanlar səhiyyə kartında göstərilən müddətdə ikinci dozanı qəbul edib, COVID pasportu ala bilməzlər:
“Həmin şəxslərin 6 ay müddətinə immunitet sertifikatı olur. Xəstələnib sağaldıqdan 3 ay sonra növbə götürüb yenidən vaksinin hər iki dozasını qəbul etmək olar”.
Twitter:@cingizsafarli