Bu halda ABŞ Rusiyaya zərbə endirəcək – General

Bu halda ABŞ Rusiyaya zərbə endirəcək – General

Rusiya Prezidenti Vladimir Putin taktiki nüvə silahından istifadə etmək qərarına gəlsə, ABŞ Ukraynadakı bütün rus qoşunlarını və texnikasını məhv edəcək, həmçinin Qara dəniz donanmasını batıracaq.

AzerTimes xəbər verir ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri, ordunun istefada olan generalı Devid Petreus deyib.

“Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin və Çeçenistan lideri Ramzan Kadırovun açıq şəkildə danışdıqları, Putinin özünün də dəfələrlə eyham vurduğu nüvə eskalasiyasına cavabı ABŞ-ın rəhbərlik etdiyi NATO qüvvələri verəcək. Kremlin ilhaq edilmiş əraziləri “müdafiə etmək” üçün Ukraynanı hədələdiyi nüvə zərbəsi, kollektiv özünümüdafiə prosesini işə salan NATO nizamnaməsinin 5-ci maddəsinin əsası kimi görünməyəcək. Lakin belə bir hücumun radiasiyası blok ölkələrinə də çatarsa, o zaman bu vəziyyət NATO üzvü olan bir ölkəyə hücum kimi qiymətləndirilə bilər. ABŞ nüvə eskalasiyasına getmək istəməsə də, cavabsız qalmayacaq”, – o bildirib.

Teqlər: