Əgər Vaşinqtonun Kiyevə silah ötürməsi ABŞ-ın döyüş hazırlığına mənfi təsir göstərsə, bu yardım dayandırıla bilər.
AzerTimes xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin silah təchizatı üzrə müşaviri Uilyam Laplant deyib.
Laplantın sözlərinə görə, ABŞ-ın döyüş hazırlığı hərbi idarənin rəhbərliyi tərəfindən diqqətlə izlənir.
Həmçinin, Kiyevə kömək üçün Vaşinqton müttəfiqləri ilə birlikdə Ukrayna Silahlı Qüvvələri tərəfindən ən çox istifadə edilən artilleriya mərmiləri də daxil olmaqla, digər məhsulların istehsalını artırıb.