Türkiyədə sülh və təhlükəsizliyi məhv etmək istəyən terrorçular heç vaxt məqsədlərinə çatmayacaqlar.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“İki cinayətkarın zərərsizləşdirildiyi hadisə terrorçuların son çırpınışlarıdır”, – deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, bu gün Türkiyənin paytaxtı Ankarada DİN binası qarşısında terrorçulardan biri zərərsizləşdirilib, digəri isə özünü partladıb.