Xəbər - Asif Mehman -Trend:
Bu hadisə Ermənistan tərəfindən bizim media nümayəndələrinə qarşı törədilmiş növbəti terror aktıdır.
AzerTimes-ın məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov deyib.
Ə.İsmayılov bildirib ki, bu gün iki həmkarımız və bir mülki şəxs minaya düşərək həlak olub:
“Azərbaycan Mediası olaraq bunu qətiyyətlə pisləyir və bütün beynəlxalq təşkilatları hadisəyə hüquqi qiymət verməyə çağırırıq”.
“Həlak olan şəxslərin yaxınlarına başsağlığı verir, Allahdan rəhmət diləyirik!” – deyə, Əhməd İsmayılov qeyd edib.