Kobaxidzenin təyinatı gürcü xalqını növbəti dəfə ələ salmaqdır.
AzerTimes xəbər verir ki, bu sözləri Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili İrakli Qaribaşvilinin ölkənin baş naziri postundan istefa verməsi və onun yerinə hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidzenin təyin olunmasını şərh edərkən deyib.
Saakaşvili bildirib ki, Qaribaşvilinin gedişi ilə sadə vətəndaşlar üçün heç nə dəyişməyəcək.