Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan
vətəndaşlarının qonşu ölkələrin ərazisindən keçməklə Azərbaycana
təxliyəsi davam edir.
Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, 7 mart
2022-ci il tarixinədək Azərbaycana 3138 nəfər təxliyə olunub.
Onların sırasında çarter reysləri vasitəsilə 1908 nəfər, quru yolu
ilə təxliyə olunanlar isə 1263 nəfər təşkil edir.
Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən
əksəriyyəti Rumıniyanın Yassi şəhərindən olmaqla, Rumıniya və Polşa
ərazisindən indiyədək 10 çarter reysi təşkil olunub. Bu reyslərlə
əsasən qadınlar, uşaqlar, yaşlılar, xəstələr və digər həssas qrupa
daxil olan vətəndaşlarımızın təxliyəsinə üstünlük verilib.
Vətəndaşlarımızın həm çarter reysləri, həm də qonşu ölkələrin
ərazisindən keçməklə avtobuslarla təxliyəsi davam edəcəkdir.