Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan
vətəndaşlarının qonşu ölkələrin ərazisindən keçməklə Azərbaycana
təxliyəsi davam edir.
Xarici İşlər Nazirliyindən (XİN) AzerTimes-a verilən məlumata görə, 8 mart
2022-ci il tarixinədək Azərbaycana 4375 nəfər (son sutka ərzində
1237 nəfər olmaqla) təxliyə edilib.
“Onların arasında çarter reysləri ilə təxliyə edilənlər 2298
nəfər, quru yolu ilə isə 2077 nəfər təşkil edib. Vətəndaşlarımızın
təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən əksəriyyəti
Rumıniyanın Yassi şəhərindən olmaqla, Rumıniya və Polşa ərazisindən
indiyədək 12 çarter reysi təşkil olunub. Vətəndaşlarımızın həm
çarter reysləri, həm də qonşu ölkələrin ərazisindən keçməklə
avtobuslarla təxliyəsi davam edir”, – məlumatda deyilir.