Bu günədək işlə təmin olunan şəhid ailəsi üzvü və qazilərin sayı açıqlanıb

Möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibənin qazilərinin, erməni terrorundan zərər çəkən çəkən şəxslərin məşğulluğuna və özünüməşğulluğuna dəstək tədbirləri geniş miqyas alıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Vətən müharibəsindən sonrakı dövrdə həmin kateqoriyalara aid 5320 şəxsi özünüməşğulluq proqramına cəlb edib. Onlara proqram çərçivəsində mal və materiallar formasında aktivlər verilməklə kiçik ailə təsərrüfatları yaradılıb.

2000-dən çox şəxs isə aktiv məşğulluq proqramları çərçivəsində münasib işlərlə təmin edilib.


Şəhid ailəsi üzvləri və müharibədə yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədilə bu ilin 10 iyunundan başlanan “Məşğulluq marafonu”na artıq 534 işəgötürən qoşularaq, 2833 vakansiya təqdim edib. Həmin vakansiyalar üzrə bu günədək 832 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.

Teqlər: