Bu günədək dünyada koronavirus əleyhinə 11 milyarda yaxın vaksin vurulub

Bu günədək 184 ölkədə COVID-19 əleyinə 10,9 milyard doza vaksin
vurulub.

Trend-in
məlumatına görə, bu barədə “Bloomberg” agentliyinin yayımladığı
hesabatda deyilir.

Qeyd olunur ki, hər gün dünyada orta hesabla 21,3 milyon doza
vaksin vurulur. Bu templə davam edəcəyi təqdirdə növbəti 9 ay
ərzində dünya əhalisinin 75 faizi peyvənd olunacaq.

“Bloomberg”in hesablamalarına əsasən, ölkələr arasında ən çox
vaksin Çində vurulub – 3,2 milyard doza. Bu, ölkədə əhalinin 87,3
faizinin tam vaksin olunduğunu bildirir. Bu göstərici Fransada 80,6
faiz, Yaponiyada 79,8 faizə bərabərdir.

Eyni zamanda, Konqo Demokratik Respublikasında əhalinin 0,5
faizi, Çad və Haitidə 0,9 faizi tam vaksn olunub.

Qeyd edək ki, dünyada bu günədək 457 milyona yaxın şəxs
koronavirusa yoluxub, ölənlərin sayı 6 milyona çatıb.