Bu günədək Azərbaycanda bir milyondan çox sahibkar qeydiyyata alınıb – Deputat

Bu günədək Azərbaycanda bir milyondan çox sahibkar və 150 mindən
çox hüquqi şəxs qeydiyyata alınıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisin
deputatı Tahir Mirkişili Sahibkarlar gününə həsr olunmuş
“İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” konfransında
deyib.

Onun sözlərinə görə, sahibkarlıq subyektlərinin bu cür artımına
Azərbaycan hökumətinin reallaşdırdığı proqramlar və tədbirlər
xidmət edib.

“2000-ci illərin əvvəlindən Azərbaycanda 650-dən çox istehsalat
obyekti yaradılıb. Bu, ümumi daxili məhsulda istehsal və sənayenin
payını əhəmiyyətli dərəcədə artırıb”, – deputat deyib.

T.Mirkişili bildirib ki, Azərbaycanda biznesin
stimullaşdırılması və təşviqi üçün müvafiq proqramlar
hazırlanır.

(Tərcümə: Orxan Nəbiyev)