Bu günə qədər işğaldan azad edilmiş ərazilərə səfər edən sərnişinlərin sayı məlum olub

Xəbər - Fərid Zöhrabov – Trend:

Yanvarın 24-də Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və
mədəni-mənəvi dəyəri yüksək olan Şuşa və Ağdam şəhərlərinə ilk
müntəzəm avtobus marşrutları istifadəyə verilib.

Bu günə qədər işğaldan azad edilmiş ərazilərə 44 müntəzəm
avtobus reysi həyata keçirilib, 1967 sərnişin səfər edib.

Bu barədə
Trend
-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Bakı – Şuşa – Bakı istiqamətində həftədə 3 dəfə
avtobus reysi həyata keçirilir. Şuşa ilə yanaşı Bakı Beynəlxalq və
Şəhərlərarası Avtovağzal Kompleksindən Bakı-Ağdam -Bakı marşrutları
isə həftədə 2 dəfə avtobus reysi həyata keçirilir.

Twitter:@FaridZohrabov

Teqlər: