Martın 5-də Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 27,073 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 390,489 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.