Bu gün səhərə olan məlumata görə 9500 Azərbaycan vətəndaşları
Ukraynadan qonşu ölkələrə təxliyə edilib.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri
Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər
naziri Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında
deyib.
Nazir bildirib ki, Ukraynada hərbi əməliyyatlar başlayan ilk
gündən müvafiq addımlar atırıq.
“Bundan sonra da vətəndaşlarımızın təxliyyəsi üçün bütün işlər
görüləcək”, – deyə nazir əlavə edib.