Xəbər - Samir Əli -Trend:
Bu günə qədər 150-dən artıq qazi Türkiyəyə müalicəyə göndərilib.
AzerTimes-ın məlumatına görə, bunu “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov deyib.
“Qazilər Türkiyədə özlərini rahat hiss edir və onların müalicələri orada mümkündür. Əgər hansısa qazinin müalicəsi Türkiyədə mümkün olmasa, biz onda onları başqa ölkəyə göndərmək haqqında fikirləşə bilərik. Bizə indiyə qədər Türkiyədən hansısa qazinin müalicəsi ilə bağlı imkanın olmadığı xəbəri gəlməyib. Hazırda dünya tibbində icra olunan ən ağır əməliyyatlar Türkiyədə də icra olunur və bu səbəbdən qazilərimiz Türkiyəyə göndərilir”, – E.Hüseynov deyib.