Bu günə qədər 1200 nəfərin əmək pensiyası yenidən hesablanıb

Xəbər - Humay Ağacanova – Trend:

2020-ci ilin mart ayından bu günə qədər ailə başçısını itirən 1200 nəfərin əmək pensiyası yenidən hesablanıb.

Trend xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev “Sosial saat” verilişində bildirib.

O qeyd edib ki, onlara ödənilən aylıq əmək pensiyasının məbləği ümumilikdə 458 min manat idi. Lakin yenidən hesablama nəticəsində bu rəqəm 940 min manata qalxıb.


“Aylıq maliyyə yükümüz 482 min manatdır. Bir pensiyaçının pensiyası orta hesabla 390 manatdan 800 manata qədər artdı. Bu birbaşa 105 % artım deməkdir. Bu şəxslərə keçmiş dövr üzrə 15 milyon manatdan artıq vəsait hesablanıb. Həmin vəsait qanunvericiliyin tələblərinə uyğun olaraq onların artırılmış pensiyaları üzərinə əlavə edilməklə ödənilir”, – deyə Ş.Əliyev bildirib

Teqlər: