Bu günə kimi neçə nəfər kirayə yolla mənzil alıb? – AÇIQLAMA

Xəbər - Çingiz Səfərli – Trend:

Bu günə qədər kirayə yolu ilə mənzil satışı mexanizmi çərçivəsində 1054 nəfərə mənzil verilib.

Bu barədə Trend-ə İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.

Məlumata görə, növbə məsələsi qaydasına salınıb və proseslər tezləşdirilib.

Qeyd edək ki, kirayə yolu ilə mənzil satışına 2020-ci ildən başlanılıb. Bu mexanizmə görə, İpoteka və Kredit Zəmanət Fondu balansındakı mənzilləri uzunmüddətli kirayə verir və kirayənişin bu mənzilin pulunu aybaay ödəməklə sonda mənzilə mülkiyyət hüququ əldə edir.

Kirayə yolla mənzil sahibi olmaq istəyən şəxslər aşağıdakı tələblərə cavab verməlidir:


– Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti;
– məhkumluğun olmaması;
– müraciət anına vaxtı keçmiş öhdəliklərin olmaması;
– müraciət anına yaşın 60 yaşdan yuxarı olmaması;
– müraciət anına Fondla aktiv kirayə münasibətlərində olmaması;
– sənədlə təsdiq edilən gəlirlərə malik olması.

Daha ətraflı: http://mcgf.gov.az/menu/175

Mənzillərin siyahısı ilə buradan tanış ola bilərsiniz.

Twitter: @cingizsafarli

Teqlər: