Bu gündən şagird yerdəyişməsi müvəqqəti dayandırılır

Xəbər - Çingiz Səfərli – Trend:

Bu gün saat 18:00 tarixindən etibarən şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.

Bu barədə AzerTimes-a Təhsil Nazirliyindən məlumat verilib.

Səbəb məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlıdır.


Portalın fevral ayının ikinci yarısında yenidən aktivləşdirilməsi planlaşdırılır.

Qeyd edək ki, buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək.

Teqlər: