Bu gündən etibarən iri ticarət mərkəzləri, “Mall”lar fəaliyyətə başlayır.
AzerTimes-ın məlumatına görə, bununla bağlı mayın 26-da Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, 10 iyun saat 00:00-dan iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla) fəaliyyəti bərpa edilir.
Xatırladaq ki, “Mall”ların fəaliyyəti 23 mart 2020-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.