Bu gündən GUAM-a sədrlik Azərbaycana keçdi

Bu gündən GUAM-a sədrlik Azərbaycana keçdi

2024-cü il yanvarın 1-dən GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçib.

AzerTimes xəbər verir ki, bu barədə qərar GUAM xarici işlər nazirlərinin Belçikada Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatının iclasında qəbul olunub.

Qeyd olunub ki, GUAM-ın 2024-cü il üzrə büdcəsi və digər məsələlər üzrə qərarlar da təsdiq olunub.

Xatırladaq ki, GUAM — Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna prezidentlərinin 10 oktyabr 1997-ci ildə Strasburqda Birgə Kommunike imzalaması ilə bu dörd dövlətin birliyi kimi fəaliyyətə başlayıb. Azərbaycan 2007-2008, 2012, 2016 və 2020-ci illərdə GUAM-a sədrlik edib.

Teqlər: