Xəbər - Çingiz Səfərli – Trend:
Bu gündən Qurban bayramı ilə əlaqədar dörd günlük tətil başlayır.
AzerTimes xəbər verir ki, Qurban bayramı iyulun 20, 21-i qeyd olunacaq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirildiyindən, 18 (bazar), 19, 20, 21 iyul qeyri-iş günləridir.
Qeyd edək ki, bayram tətilində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.