Bu gündən Azərbaycanda yaşı 18-dən yuxarı şəxslərin vaksinasiyası başlayır

Bu gündən etibarən bütün ölkə üzrə yaşı 18-dən yuxarı vətəndaşlar vaksinasiyaya qatıla bilər.

AzerTimes-ın məlumatına görə, bunu Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib.

Onun sözlərinə görə, cəmiyyət məsuliyyətlilik prinsipinə uyğun olaraq hamılıqla vaksinasiyaya qatılmalıdır:


“Hər bir vətəndaşı vaksin olunmağa çağırıram”.

Teqlər: