Bu gündən Azərbaycanda maska tələbi ləğv edilir

Azərbaycanda bu gündən tibbi maska taxmaq tələbi ləğv
edilib.

Nazirlər Kabineti bununla bağlı aprelin 22-də qərar verib.

Trend xəbər verir ki, Nazirlər Kabinetinin Qərarına əsasən,
2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs
yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska,
respirator və s.) istifadə tələbi ləğv olunur.

Bununla yanaşı, bu gündən Azərbaycanın beynəlxalq hava limanı
ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil
müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter
daşımayacaq və yalnız tövsiyə edilir.

Teqlər: