Bu gündən Aİ Rusiya təyyarələri üçün hava məkanını bağlayıb

Avropa İttifaqı (Aİ) Rusiya təyyarələri üçün hava məkanını
bağladığını təsdiq edib.

Trend-in
məlumatına görə, bu barədə qərar Aİ-nin Rəsmi jurnalında dərc
olunub.

Qeyd olunur ki, hava məkanının bağlanması qərarı fevralın 28-dən
qüvvəyə minir. İstisnalar yalnız təcili və qəza enişlərinin həyata
keçirilməsi üçün tətbiq olunacaq.

Bundan əvvəl, Avropanın bir sıra ölkələri və Kanada Rusiya üçün
hava məkanını bağladığını elan etmişdi.

Eyni zamanda Sinqapurun “Singapore Airlines” aviaşirkəti
Moskvaya uçuşları müvəqqəti dayandırdığını elan edib.

Sinqapur hökuməti, həmçinin bir sıra Rusiya bankları ilə
əməliyyatların aparılmasını qadağan edib.