Bu gün yaxalanan Qaramyanın işgəncə üsulları – Dosent

Bu gün yaxalanan Qaramyanın işgəncə üsulları – Dosent

Arşavir Qaramyan – Qarabağ müharibəsi zamanı azərbaycanlı əsirlərə olmazın əzablar verən qatil erməni komandirdir.

AzerTimes xəbər verir ki, bu sözləri tarixçi alim, dosent Zaur Əliyev Arşavir Qaramyanın həbsi barədə xəbərlərə reaksiyasında qeyd edib.

O bildirib ki, Qaramyan 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımın iştirakçısı və təşkilatçılarından biri olub:

“Qaramyan Arşavir Surenoviç 22 iyul 1965-ci ildə Qarabağın Əsgəran rayonunda Aknaxbyur kəndində doğulub. İrəvan Dövlət Universitetinin Radiofizika və elektronika fakültəsini bitirdikdən sonra SSRİ Dəniz Qüvvələrində xidmət edib. 1990-cı ildə Qarabulaqda “Arşo batalyonu” kimi tanınan könüllü dəstə yaradıb. 8 nəfərlik dəstəsi olub. 1992-1996-cı illərdə isə “müdafiə ordusu”nun Əsgəran rayonunun 35-ci “motoatıcı batalyonu”nun (MOA) komandiri olub.

O, 1991-1994-cü illərdə Azərbaycanın Xocavənd, Şuşa, Laçın, Əsgəran, Ağdərə, Ağdam, Kəlbəcər və Fizuli rayonlarının işğalında iştirak edib”.

Alimin sözlərinə görə, Qaramyan azərbaycanlılara verdiyi işgəncələr bunlar idi:

“- Əsir və girovların ayaq barmaqlarımın dırnaqlarını çəkib çıxartmaq;

– Qadınların döş vəzilərini və burnunu kəsmək;

– Kişilərin cinsiyyət üzvünü kəsib yandırmaq;

– İnsanları diri-diri yandırmaq;

– Kişilərin cinsiyyət üzvünə güllələr vurmaq;

– Kişilərin arxa keçəcək dəliyində boş içki şüşəsi yerləşdirmək və s.

Xocalıda hadisələrin şahidlərinin birinin ifadəsindən: “Ermənilər bir çox əsirin başını elə orada, Arşavirin yanında kəsiblər. Qalan adamları isə Xankəndiyə aparıblar. Ermənilər Talehin gözü qabağında anasına əzab verib, qızıl dişlərini söküblər”.

Teqlər: