Bu gün YAP İdarə Heyəti toplaşır, Ramiz Göyüşovun məsələsinə baxılacaq

Xəbər - Elçin Mehdiyev – Trend:

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçiriləcək.

AzerTimes-ın məlumatına görə, İdarə Heyətinin iclasında müzakirə ediləcək əsas məsələlərdən biri partiyanın Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovun partiyada qalıb-qalmayacağı məsələsidir.

Digər bir məsələ isə partiyanın rayon və şəhər təşkilatlarına yeni sədrlərin seçilməsidir. İclasda partiyanın yeni nizamnaməsinə uyğun olaraq ikili vəzifə tutan üzvlərinin rayon və şəhər təşkilatlarının sədrlik vəzifəsindən uzaqlaşdırılması nəzərdə tutulur.

Belə ki, YAP Gəncə şəhər təşkilatının sabiq sədri, deputat Naqif Həmzəyevin, YAP Ağdaş rayon təşkilatının sabiq sədri, deputat Cavid Osmanovun, Nəsimi rayon təşkilatının sabiq sədri, deputat Məlahət İbrahimqızının, Qaradağ rayon təşkilatının sabiq sədri, deputat Aydın Hüseynovun və digər bir neçə şəxsin partiyanın rayon və şəhər təşkilatlarının sədrləri vəzifəsinə namizədliklərinin irəli sürülməyəcəyi nəzərdə tutulur.

Twitter: @ElchinMehdiyev

Teqlər: