Xarkov şəhərində vəziyyət gərgin olaraq qalmaqdadır. Buna
baxmayaraq Azərbaycanın fəxri konsulluğu öz fəaliyyətini davam
etdirir. Bu gün səhər saatlarından etibarən 500 nəfər həmvətənimiz
Xarkov şəhərindən Lvov şəhərinə yola salınıb.
Konsulluqdan AzerTimes-a verilən
məlumata görə, Lvov şəhərindən vətəndaşlarımızın Ukrayna-Polşa
sərhəddini keçmələrinə köməklik göstəriləcək.
“Eyni zamanda Xarkov şəhərində Azərbaycanın fəxri konsulu Əfqan
Salmanovun Xarkov Cənub Dəmir Yolu idarəsi və Xarkov Dəmir Yolu
vağzalı ilə apardığı danışıqların nəticəsində Azərbaycan
vətəndaşlarının gündəlik təxliyəsi üçün yerlər ayrılıb. Xarkov
şəhərini tərk etmək istətən həmvətənlərdən Dəmir Yolu Vağzalının
növbətçi hissəsi və Azərbaycan Respublikasının Xarkov şəhərindəki
fəxri konsulluğu ilə əlaqə saxlamaları xahiş olunur.
Eyni zamanda konsulluq əməkdaşları Azərbaycan mediasını və
sosial medianı izləyir və burada yerləşdirilən müraciətlərə
operativ şəkildə reaksiya verir. Azərbaycanın fəxri konsulluğu
olaraq Sizlərdən bu işdə həmrəylik nümayiş etdirməyi və
həmvətənlərimizi konsulluğa yönləndirməyinizi xahiş edirik.
Bir daha qeyd etmək istərdim ki, xüsusi hallar ilə bağlı
vətəndaşlarımız Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057)
7000531 (+380) 57 700 05 31, (+380)63 047 05 50 telefon xətti və
[email protected] elektron poçt ünvanı ilə məlumat əldə
edə bilərlər”, – məlumatda deyilir.