Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsi Xankəndidən 14 xəstənin İrəvana aparılmasını təmin edib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, İrəvanda müalicə olunmuş 7 xəstənin isə Xankəndiyə qaytarılması nəzərdə tutulur.
Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən bu gün ermənilərin sərbəst keçidini əks etdirən görüntü yayılıb.