Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası Ukraynaya fövqəladə maliyyələşdirmə üçün 1,3 milyard dollar ayırıb.
AzerTimes verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Tvitter hesabında məlumat verib.
“BVF-nin İcraiyyə Şurası indicə Ukraynaya Sürətli Maliyyələşdirmə Proqramı çərçivəsində təxminən 1,3 milyard dolların verilməsini dəstəkləyib. Pul bu gün Ukraynaya göndəriləcək”, – Zelenski qeyd edib.