Bu gün Ukraynadır, sabah Tayvan… – Stoltenberq

Bu gün Ukraynadır, sabah Tayvan… – Stoltenberq

NATO Ukraynanı müəyyən mərhələdə tam üzvlüyə dəvət etmək niyyətindədir.

AzerTimes xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq “Foks TV”yə müsahibəsində deyib.

O, NATO-nun müharibənin qarşısını almaq üçün yaradıldığını xatırladıb.

“Mən Norveçdənəm, Rusiya ilə həmsərhədik. Norveç NATO-ya üzv olanda Sovet İttifaqı bunu təxribat adlandırdı. Bu, təxribat deyildi və hər bir suveren xalqın öz yolunu seçmək hüququdur. Eyni hüquq İsveç və Finlandiyada, həmçinin Ukraynada da var”, – Stoltenberq bildirib.

Onun sözlərinə görə, Putinin Ukraynada istədiyinə nail olmaması çox vacibdir, çünki bu, digər avtoritar rejimləri ruhlandıracaq.

“Bu gün Ukraynadır, sabah Tayvan ola bilər. Ona görə də bizim, ABŞ-ın Ukraynanı dəstəkləməsi, həmçinin müəyyən mərhələdə onları Alyansın tamhüquqlu üzvü olmağa dəvət etmək yaxşı haldır”.

Teqlər: