Bu gün Ukraynada 9 humanitar dəhliz açılıb

Martın 23-də mülki şəxslərin təxliyəsi üçün Ukraynada 9
humanitar dəhliz açılıb.

Trend xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini
İrina Vereşçuk videomüraciətində bildirib.

O deyib ki, martın 23-də Luqansk, Kiyev, Donetsk və Zaporoyje
vilayətlərindən humanitar dəhlizlərin açılması razılaşdırılıb.