Bu gün Ukrayna və Rusiya arasında humanitar atəşkəslə bağlı razılaşmanı dəstəkləyirik – Mövlud Çavuşoğlu

Xəbər - Elçin Mehdiyev – Trend:

Biz bu gün Ukrayna və Rusiya arasında humanitar atəşkəslə bağlı
əldə olunan razılaşmanı dəstəkləyirik.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xarici
işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat
konfransında deyib.

M.Çavuşoğlu deyib ki, Sumi istiqamətində olan Türkiyə
vətəndaşlarının təxliyəsi üçün danışıqlar aparılır:
“Vətəndaşlarımız üçün Ukryana, yaxud Rusiya istiqamətində humanitar
koridorun açılmasına çalışırıq”.

Türkiyə XİN başçısı qeyd edib ki, 11 024 Türkiyə vətəndaşı
Ukraynadan təxliyə edilib : “Bu gün Kiyevdən qatar nəzərdə tutulur.
Sumidə humaniar koridorun açılmasına çalışırıq. Bu planlarımız
reallaşarsa, 400 Türkiyə vətəndaşı təxliyə olunacaq”.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov nəzərə çatdırıb
ki, indiyə qədər Ukraynadan 9 500-ə yaxın Azərbaycan vətəndaşı,
burada qarışıq ailələr də var, qonşu ölkələrə təxliyə edilib.

Teqlər: