Bu gün toyu olacaq qız faciəvi şəkildə öldü

Bu gün toyu olacaq qız faciəvi şəkildə öldü

Yevlaxda bu gün toyu olacaq qız gözəllik salonuna gedərkən yol qəzasında ölüb.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.

Belə ki, minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb.

Nəticədə avtomobil Qarabağ su kanalına düşüb. Avtomobilin içərisində olan 1991-ci il təvəllüdlü Qasımov Famil Abbasov oğlu və Hüseynova Nuranə Hümbət qızı dünyasını dəyişib.

Onların meyiti tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qəzada ölən 18 yaşlı qızın bu gün toyu olacaqdı. Qəza hadisəsi də toya hazırlıq məqsədilə səhər saatlarında gözəllik salonuna gedərkən baş verib.

Teqlər: