Bu gün təhlükəsizlik xidmətinin əməkdaşları vəzifələrini layiqincə yerinə yetirirlər – Elşad Həsənov

28 mart Azərbaycanda Təhlükəsizlik orqanlarının yaranması
günüdür.

Bu tarix Azərbaycan Xalq Cumhuriyyəti dövründən başlayır, belə
ki, 28 mart 1919-cu ildə Hərbi Nazirliyin tərkibində əks-kəşfiyyat
bölməsi yaradıldı. Bildiyiniz kimi 1920-ci ilin aprelin 28-də
Azərbaycanda Xalq Cumhuriyyəti devrildi və yerində Sovet
hakimiyyəti quruldu. Ümumiyyətlə Azərbaycan təhlükəsizlik
orqanlarının tarixi Cumhuriyyət dövrünə, Sovet dövrünə və müstəqil
Azərbaycan Respublikasının dövrünə bölünür. Bu tarix çox zəngin,
çox ziddiyyətli və eyni zamanda çox şərəfli bir tarixdir.

SSRİ dağılandan sonra 1991-ci ilin noyabrın 1-də Milli
Təhlükəsizlik Nazirliyi yaradıldı. Bu orqan ölkəmizin
təhlükəsizliyinin qorunmasında fəaliyyət göstərən müstəsna bir
qurumdur! Bu sahənin əməkdaşlarını gözəgörünməz, gizli, məxfi
cəbhənin adamı da adlandırırlar. Dövlətin normal fəaliyyət
göstərməsi üçün onun digər qurumları kimi, dövlətin onurğa sütunu
sayılan təhlükəsizlik orqanları da öz işlərini dövrün tələblərinə
uyğun qurur, qarşıda gözlənilən hadisələri analiz edir, müvafiq
tədbirlər həyata keçirirlər.

Təhlükəsizlik orqanlarının tarixi həm sovet dönəmində, həm də
müstəqillik dönəmində Ulu Öndər Heydər Əliyevin adı ilə sıx
bağlıdır! Mənalı ömrünün 25 ilini təhlükəsizlik orqanlarında
xidmətdə kecirmiş H.Əliyev ən kiçik vəzifədə işə başlamış və
Azərbaycan Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin
Sədri vəzifəsinədək şərəfli bir yol kecmış, ən yüksək
general-mayor(o dövr ücün ən yüksək rütbə idi) rütbəsinə layiq
görülmüşdü. Bu vəzifədən də 1969-cu ildə Azərbaycan Kommunist
Partiyasının 1-ci katibi seçilmiş, respublikamızı inkişaf etdirmiş,
Azərbaycanı geridə qalmış aqrar respublikadan inkişaf etmiş sənaye
respublikasına cevirmişdir! 1993-cü ildə xalqın istəyi və tələbi
ilə yenidən hakimiyyətə gələn H.Əliyev dövlət quruculuğu ilə yanşı
təhlükəsizlik orqanlarında da yeni ab-hava yaratdı, xalqa-dövlətə
sədaqətlə xidmət etməyin konsepsiyasını yaratdı! Ulu Öndər milli
təhlükəsizlik siyasətinin əsas istiqamətlərini göstərdi, Azərbaycan
xüsusi xidmət orqanları qarşısında duran taleyüklü vəzifələri
müəyyənləşdirdi, sözün həqiqi mənasında Azərbaycanın təhlükəsizlik
strategiyasını formalaşdırdı və onun əməli surətdə həyata
keçirilməsi ücün konkret yollar göstərdi, milli kadr ehtiyatının
yaranması,maddi-texniki bazasının möhkəmlənməsi ücün çox işlər
gördü.

Ulu Öndər şəxsən özü ölkəmizin təhlükəsizliyinə təhdid yaradan
faktlar barədə aparılan əməliyyat-təhqiqat işlərinə nəzarət edirdi,
lazımi göstərişlərini verirdi.1998-ci ildə Milli təhlükəsizlik
naziri general-polkovnik N.R.Abbasovun rəhbərliyi ilə dövlət
çevrilişinə cəhd çaları ilə əməliyyat-təhqiqat işi
aparılırdı.Təsəvvür edin ki, biz əldə etdiyimiz məlumatı Nazirə
məruzə edirdik, o isə öz növbəsində Prezident H.Ə.Əliyevə. Məhz Ulu
Öndərin daimi nəzarəti və qayğısı nəticəsində neçə-neçə dövlət
çevrilişlərinin, sui-qəsdlərin, terror-təxribat hadisələrinin
qarşısı alındı. Təhlükəsizlik orqanları dövlətin və xalqın nüfuzunu
qazandı.

Lakin müstəqil respublikamızın təhlükəsizlik orqanlarının
tarixinə qara ləkə kimi düşmüş E.Mahmudov dövrü bu orqana böyük
zərbə vurdu. O və onun cinayətkar dəstəsi xalqımıza və dövlətimizə
qarşı cinayət törətdilər. Bu dəstə vaxtında zərərsizləşdirildi,
cinayətkarlar layiqli cəzalarını aldılar, bəzilərinin məhkəməsi
indi də davam edir. Ümummilli liderimizin ölkəmizin daha da inkişaf
etdirilməsi, təhlükəsizlik orqanlarının fəaliyyətinin daha da
təkmilləşdirilməsi istiqamətində müəyyən etdiyi əsas strateji xətt
bu gün də onun layiqli davamçısı, möhtərəm cənab Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan təhlükəsizlik
orqanlarında həyata keçirilən islahatlar,əsaslı kadrlar dəyişikliyi
bunun bariz nümunələridir.

Azərbaycan Prezidenti İlham Əliyevin 14-dekabr 2015- ci il
tarixli fərmanı ilə xüsusi xidmət orqanlarının fəaliyyətinin
səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu
təkmilləşdirmək məqsədilə Azərbaycan Milli Təhlükəsizlik
Nazirliyinin əsasında Azərbaycan Pespublikasının Dövlət
Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikasının Xarici
Kəşfiyyat Xidməti yaradılmışdır. 20 iyun 2019-cu ildə cənab
Prezident İlham Əliyevin fərmanı ilə Əli Nağıyevin Dövlət
Təhlükəsizlik Xidmətinə rəis təyin edilməsi təhlükəsizlik
orqanlarında yüksək sevinc hissi ilə qarşılandı. Çünki Əli Nağıyey
özünün şərəfli həyat yolu ilə digər əməkdaşlara örnək olmuş,
xalqına-dövlətinə sədaqətlə xidmət etmiş, şəxsiyyəti və nüfuzu ilə
secilmişdir! Əli Nağıyev Təhlükəsizlik Xidmətinin rəisi kimi ilk
olaraq, Xidmətə professional, xalqına -dövlətinə sədaqətli
əməkdaşları toplayaraq qarşıya qoyulan tapşırıqları yerinə
yetirməyə başladı, orqana qazanc mənbəyi kimi baxanları xidmətdən
təmizlədi, qanunları pozanları ədalət məhkəməsinə verdi.
Təhlükəsizlik orqanında Ulu Öndər Heydər Əliyevin dövlətə və xalqa
sədaqətlə xidmət etmək ənənələrini bərpa etdi,dövlətin və xalqın
təhlükəsizliyini,ərazi bütövlüyünü təmin etmək üçün lazımı
tədbirləri həyata keçirdi.

Torpaqlarımızın azad edilməsi üçün apardığımız 44 günlük
müharibədə də təhlükəsizlik xidməti öz layiqli işini gördü,
qələbənin təmin olunması üçün vacib əməliyyat tədbirlərini yüksək
professionallıqla həyata keçirdi. Bu gün təhlükəsizlik xidmətinin
əməkdaşları Müzəffər Ali Baş Komandanın onlar qarşısında qoyduğu
vəzifəni layiqincə yerinə yetirirlər. Mən Təhlükəsizlik Xidmətinin
Rəisi general-polkovnik Əli Nağıyevi və xidmətin bütün
əməkdaşlarını təhlükəsizlik orqanlarının yaranmasının 103-illiyi
münasibətilə təbrik edir, onlara şərəfli işlərində uğurlar
arzulayıram!

Elşad Həsənov
Dövlət Təhlükəsizlik Xidmətinin və 1-ci Qarabağ müharibəsinin
veteranı

Teqlər: