Bu gün “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olacaq.
AzerTimes xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 13-dək davam edəcək festival Şuşa şəhəri ilə yanaşı, həm də Laçın şəhərində keçirilir.
Festivalın proqramı iştirak edəcək ifaçıların zənginliyi ilə yanaşı, həm də repertuar və fərqli təqdimatlarla yadda qalacaq.
Bu ərəfədə Şuşada Cıdır düzündə festivalın son hazırlıqları olub.