Bu gün Soçidə Azərbaycan, Rusiya və Ermənistan dövlət rəhbərlərinin görüşü olacaq

Bu gün Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında 10 noyabr 2020-ci il tarixli münaqişə zonasında atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanatın imzalanmasının ildönümü ilə əlaqədar Soçidə görüş keçiriləcək.

AzerTimes-ın məlumatına görə, görüş zamanı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmaların icrasının gedişatını nəzərdən keçirmək, eləcə də regionda sabitliyin gücləndirilməsi və dinc həyatın qurulması üzrə gələcək addımlar müəyyənləşdiriləcək.

Qeyd olunub ki, görüşdə ticari-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələlərinə xüsusi diqqət ayrılacaq.

Kremldən bildiriblər ki, V.Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşləri nəzərdə tutulub.

Teqlər: