Bu gün saat 12:00-da ölkə ərazisində yollarda hərəkət dayandırılacaq

Xəbər - Samir Əli – Trend:

Baş Dövlət Yol Polisi İdarəsi 27 sentyabr – Anım Günü ilə əlaqədar ölkə əhalisinə müraciət edib.

İdarədən AzerTimes-a verilən məlumata görə,27 sentyabr – Anım Günü ilə əlaqədar ölkə ərazisində Vətən Müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi üçün saat 12:00-da bütün nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti dayandırılacaq.


Şəhidlərimizi hörmətlə anır, Allahdan onlara rəhmət diləyirik

Teqlər: