Bu gün rus ordusu 121 dəfə cəhd etdi – Baş Qərargah

Bu gün rus ordusu 121 dəfə cəhd etdi – Baş Qərargah

Rus ordusu bu gün 121 dəfə Ukraynanın müdafiə xəttini keçməyə cəhd edib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Xüsusilə, Xarkov istiqamətində Müdafiə Qüvvələri Qlubokoe, Volçansk və Liptsı yaşayış məntəqələri ərazilərində düşmənin 6 hücumunu dəf edib. Döyüşlər iki istiqamətdə davam edir, Vəziyyət ukraynalı müdafiəçilərin nəzarəti altındadır”, – Baş Qərargah bildirib.

Qeyd olunub ki, rus ordusu daha 11 dəfə Kupyanski istiqamətində, 13 dəfə Liman istiqamətində müdafiə qüvvələrinin mövqelərinə hücum ediblər.

Baş Qərargah həmçinin Severski istiqamətində hərbi toqquşmaların sayının artdığını bildirib.

Teqlər: