“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 26 mart yerli
vaxtla saat 20:30-dan 21:30-a qədər Qız Qalasının işıqların
söndürərək “Yer saatı” ekoloji aksiyaya qoşulacaq.
İdarədən AzerTimes-a verilən
məlumata görə, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) təşəbbüsü ilə
hər il mart ayının son şənbə günü dünyada “Yer saatı” ekoloji
aksiyası keçirilir. Aksiya çərçivəsində binaların fasad işıqları
söndürülərək iqlim dəyişikliyinə və ekoloji fəsadlara diqqət cəlb
edir.
Azərbaycan “Yer saatı” kampaniyasına rəsmi olaraq 26 mart
2011-ci ildə qoşulub və ilk aksiya çərçivəsində Qız Qalasının
işıqları söndürülüb.
Bu il Bakının bir çox tanınmış tikililərin fasad işıqları 1
saatlıq söndürülərək aksiyaya qoşulacaqlar.