Aralarında diplomatik böhranın davam etdiyi ərəb ölkələrindən Qətərə yeni ultimatum.
Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misir Qətərə ultimatum müddətini daha 48 saat uzadıblar.
Küveyt ərəb dövlətlərini Dohaya irəli sürülən şərtlərə cavab vermək üçün bir müddət zaman verməyi təklif edib.
Qeyd edək ki, 10-a yaxın dövlət Qətərlə diplomatik münasibətlkərini ötən ayın əvvəlindən kəsib. Buna səbəb kimi isə Qətər əmirinin terroru dəstəkləməsi göstərilib.
Küveyt Qətərə ərəb dövlətlərinin şərtlərini təqdim edib. Ultimatumda 13 maddə var. Onların arasında İranla diplomatik və hərbi əməkdaşlığın minumuma endirilməsi, türk hərbi bazasının bağlanması, terror qruplaşmalarının maliyyələşdirilməsinin dayandırılması, qonşuların daxili işinə qarışmaqdan imtina, eləcə də “Əl Cəzirə” telekanalının bağlanması var.
Məlumata görə, Ərəbistan, BƏƏ və Bəhreynin XİN rəhbərləri Qətər böhranını müzakirə etmək üçün bu həftə bir araya gələcəklər. Görüş Misirin paytaxtında olacaq.