Bu gün 24 may 2021-ci il tarixində PwC Azərbaycan, PAŞA Bank ilə birgə pandemiyadan
sonrakı dövrdə biznes dəyişiklikləri və meqatendensiyalar mövzusunda hibrid konfrans
təşkil edib. Tədbir Fairmont otelində keçirilib. Görüş canlı müzakirə və onlayn yayımı
əhatə edən innovativ formatda təşkil edilib. Tədbirdə özəl və dövlət sektorlarından 70-dən
çox rəhbər iştirak edib.
Gələcəyə uyğunlaşma və qeyri-müəyyən zamanlarda aktuallığın qorunub saxlanması –
bu, “PwC” və “PAŞA Bank”ı təmsil edən məruzəçilərin konfransdakı çıxışlarının əsas
mesajı olub. Konfransda əsas məruzələrlə “PAŞA Bank”-ın İdarə Heyətinin üzvü Cəlal
Orucov və “PwC”nin Çexiya Ofisinin Məsləhət xidmətləri üzrə Partnyoru Mayk Cenninqs
çıxış edib, “PwC”-nin Partnyoru, Azərbaycan üzrə Məsləhət Xidmətləri Departamenti və
Avrasiya üzrə Texnologiya Lideri Emin Şıxqayıbov, “PAŞA Bank”-ın İdarə Heyəti Sədrinin
müavini Cavid Quliyev və “PAŞA Bank”-ın İdarə Heyətinin üzvü Cəlal Orucovun iştirakı ilə
panel müzakirələri keçirilib. “PwC” Azərbaycan şirkətinin Ölkə üzrə İdarəedici Partnyoru
Mövlan Paşayev panel müzakirələrin moderatoru qismində çıxış edib.
Tədbirdə açılış nitqi ilə çıxış edən “PAŞA Bank”ın İdarə Heyətinin sədri, baş icraçı direktor
Taleh Kazımov qeyd edib ki, yalnız müştəri təcrübəsinə sərmayə yatıran və onların
ehtiyaclarını düzgün şəkildə müəyyənləşdirən, dəyişikliklərə anında uyğunlaşan və çevik
qərar qəbuletmə bacarığına malik olan şirkətlər gözlənilməz gedişatlarda belə uğur
qazana bilər.
Tədbirin moderatoru Mövlan Paşayev PwC-nin “ADAPT” yanaşmasından danışıb və
“PwC” Azərbaycanın 4-cü İllik Qlobal CEO Sorğusunun əsas nəticələri barədə müzakirələr
aparıb.
“PwC” Azərbaycanın keçirdiyi 4-cü illik CEO Sorğusunda “121 CEO-nun cavablarına görə,
CEO-ların 60% rəqəmsal transformasiyaya sərmayə qoymağı planlaşdırır, onların 67% isə
hesab edir ki, ixtisaslı, savadlı və adaptasiya olunan işçi qüvvəsi biznesin əsas prioritetidir.
Bu, Azərbaycanda CEO-ların süni intellektə, robototexnikaya və digər yeni texnologiyalara
əsaslanan sürətlə inkişaf edən ölkələrin iqtisadiyyatlarında gələcək uğurlar üçün
rəqəmsallaşdırma və ixtisasartırma işlərinin həlledici əhəmiyyət daşıdığını nəzərə alsaq,
birbaşa göstəricidir”, – deyə cənab Paşayev öz çıxışında bildirib.
© 2021 PwC. Bütün hüquqlar qorunur.
PwC-nin əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir.
Biz strategiyanın tərtib edilməsindən icrasına qədər vergi, hüquq, audit və məsləhət
sahələrində müştərilərimizə məsələlərin həllinə yönəldilmiş xidmətlərin göstərilməsi
hesabına buna nail olmuşuq. PwC-nin Bakı ofisində 4 ölkədən 130-dan artıq
mütəxəssisimiz yeni perspektivlərin yaradılması və müştərilərimizə praktiki mәslәhәtlәrin
verilməsi üçün öz bilik, təcrübə və fikirlərini bölüşür. PwC dünyanın 156 ölkəsində audit,
vergi və məsləhət xidmətləri sahəsində yüksək keyfiyyətli xidmətlər göstərən 284,258
mütəxəssisin çalışdığı şirkətlər şəbəkəsidir. Sizi maraqlandıran məsələləri bizimlə bölüşün
və əlavə məlumat üçün saytımıza daxil olun: www.pwc.com/az