Bu gün ölkə ərazisində transsərhəd çirklənmə müşahidə
olunub.
AzerTimes xəbər verir ki, bunu
Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova
bildirib.
O qeyd edib ki, Bakı şəhərinin inzibati rayonları üzrə fəaliyyət
göstərən avtomatik stansiyalardan saat 19:00-da əldə olunmuş
məlumatlara əsasən, dispers toz hissəcikləri Bakı şəhərinin Xətai
və Nizami rayonlarında 1,1, Səbail rayonunda isə 1,2 dəfə normadan
çoxdur.
G.Abbasovanın sözlərinə görə, havada digər qaz qarışıqları norma
daxilindədir.