Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Bakının Nəsimi,
Nərimanov rayonlarında, Naxçıvan MR-də, Bərdə, Cəlilabad (II
hissə), Daşkəsən, Gədəbəy, Göyçay, Göygöl, Qazax, Lerik, Sabirabad,
Xaçmaz (II hissə) rayonlarında, Şəki şəhərində ümumi (9 illik) orta
təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.
Dövlət İmtahan Mərkəzidən AzerTimes-a verilən xəbərə görə, imtahan
saat 11:00-da başlanır.
İmtahanının başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də
buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar
imtahan binasına buraxılmır.
Bu gün keçiriləcək imtahanda 24864 şagirdin iştirakı nəzərdə
tutulur.
İmtahanda 9 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə
əngəlli və digər) şagird də iştirak edəcək.