Bu gün Moldovadan daha 700-ə yaxın azərbaycanlı təxliyə ediləcək – Səfir

Xəbər - Fərid Zöhrabov – Trend:

Bu gün Moldovadan daha 700-ə yaxın azərbaycanlı təxliyə
ediləcək.

Bunu Trend-in suallarını cavablandırarkən
Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bildirib.

Səfir bildirib ki, hazırda Moldovada Ukraynadan təxliyə olunan
azərbaycanlıların sayı 4 minə çatır.

“Təxliyə avtobuslarla olacaq. Hər avtobus 70 nəfər sərnişindən
ibarət olacaq. Bundan başqa 174 nəfər təyyarə ilə Rumıniyadan
ölkəmizə təxliyə edəcək. Bir çox vətəndaşımıza isə şəxsi
avtomobilləri ilə təxliyə olunmaları üçün şərait yaratmışıq. Biz
onları qarşılayıb yerləşdirməliyik. Ümumilikdə gün ərzində
Moldovadan 600-700 azərbaycanlının təxliyəsi planlaşdırılır.
Ukraynadan Moldovaya keçənlərin sayı isə qat-qat çox olacaq ”, –
deyə Q.Osmanov bildirib.


Q.Osmanov qeyd edib ki, əvvəlki günlər avtobusla təxliyə edilən
azərbaycanlılar artıq İstanbula çatıblar.

Twitter:@FaridZohrabov

Teqlər: