Bu gün Milli Məclis Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edəcək

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

AzerTimes-ın məlumatına görə,
deputatlar aşğıdakı məsələləri müzakirə edəcəklər:

1. Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Azərbaycan
Respublikası Milli Məclisinin Bəyanatı haqqında Azərbaycan
Respublikası Milli Məclisinin qərarının layihəsi.

2. Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət
komitəsinin üzvünün seçilməsi haqqında Azərbaycan Respublikası
Milli Məclisinin qərarının layihəsi.

3. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).

5. Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).

6. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).

7. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının
Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası Konstitusiya qanununun layihəsi (ikinci oxunuş).

8. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).

9. “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi
(ikinci oxunuş).

10. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan
Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında
bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (ikinci oxunuş).

11. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti
Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).

Teqlər: